
Çində 2022-ci il dekabrın 8-dən koronavirus əleyhinə məhdudiyyətlərin yumşaldılmasından sonra xəstəxanalarda COVID-19-dan 80 mindən çox insan dünyasını dəyişib.
Bu barədə Çin Xalq Respublikasının Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin məlumatında deyilir.
Qeyd olunur ki, 2023-cü il yanvarın 15-dən Çinin Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi yoluxmuş COVID-19 haqqında həftəlik məlumat dərc edir, lakin bu, koronavirus pandemiyasının bütün dövrünü deyil, yalnız 8 dekabr 2022-ci il tarixindən olan müddəti əks etdirir.
Ötən il dekabrın 8-dən bu il fevralın 2-dək Çində 82 238 nəfər ölüb. Xəstələrin ölümünün koronavirusun səbəb olduğu tənəffüs çatışmazlığı və ya digər xəstəliklərin kəskinləşməsi səbəbindən baş verdiyi aydınlaşdırılır.