Çinin mərkəzi Hunan vilayətində şiddətli leysan yağışı və daşqın təhlükəsi səbəbindən 70 mindən çox insan fəlakət zonasında qalıb.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, bölgənin 18 şəhər və mahalında güclü yağış yağıb. Xilasetmə xidməti ərazidən 1 800-dən çox sakini təxliyə edib.

İstinadlar Report