Çinin şərqində yerləşən Tszyansi əyalətində 7 nəfər güclü külək və dolunun düşməsi nəticəsində ölüb, 93 minə yaxın insan isə zərər çəkib.

Bu barədə əyalətin daşqınlara qarşı mübarizə qərargahı məlumat yayıb.

Qeyd edilib ki, martın 31-dən 9 şəhər və 54 rayon təbii fəlakət zonasındadır. Təcili yardım xidmətləri 800-dən çox insanı təhlükəsiz yerlərə təxliyə edib. Dolu 5,7 min hektar sahədə kənd təsərrüfatı bitkilərini məhv edib. Bundan başqa, 90-dan çox tikili tamamilə dağılıb və ya onlara ciddi ziyan dəyib.

İstinadlar Report