Çin hökuməti yeni göydələn binaların tikintisinə bir sıra məhdudiyyətlər tətbiq edib.

Bu barədə Mənzillər və Şəhər-Kənd İnkişafı Nazirliyinin və Fövqəladə Halları İdarəetmə Nazirliyinin birgə açıqlamasında bildirilir.

Belə ki, bundan belə əhalisi 3 milyonadək olan şəhərlərdə 250 m-dən hündür yeni bina tikmək qadağandır, 150 m-dən hündür binalar isə yalnız xüsusi icazə almaq şərtilə tikilə bilər. Daha böyük şəhərlərdə isə 250 m-dən hündür binaların tikintisi üçün xüsusi icazə tələb edilir.

İstinadlar Report