Yayın əvvəlindən etibarən leysan yağışların yaratdığı daşqınlar Çinə, təxminən, 53,4 milyard yuan (7,7 milyard ABŞ dolları) məbləğində ziyan vurub.

Bu məlumat Çinin Fövqəladə Hallar Nazirliyi tərəfindən verilib.

Yağışlı mövsümün başlanğıcından etibarən fövqəladə xidmətlər tərəfindən, təqribən, 1,3 milyon nəfər təxliyyə edilib, 580 mindən çox insanın isə təcili yardıma ehtiyacı var. Daşqınlar ölkədə bu və ya digər dərəcədə 19,91 milyona yaxın insana təsir edib. Təbii fəlakət nəticəsində 34 min yaşayış binası dağılıb, 1,76 milyon hektardan çox sahədə əkinçilik məhsullarına ziyan dəyib.

Daşqınlardan ən çox Çinin mərkəzi, şərq, cənub və cənub-qərb hissəsindəki regionlar əziyyət çəkir.

İstinadlar Report