Çinin şimal-qərbində baş verən daşqınlar nəticəsində ölənlərin sayı artıb.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hazırda ölü sayı 23 nəfər təşkil edir. Daha 8 nəfərin itkin düşdüyü bildirilir.

Son 24 saat ərzində 23 nəfər xilas edilib. Təbii fəlakət zonasında 6,2 mindən çox insan olub.

İstinadlar Report