Çinin Henan əyalətində leysan yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb, 5 nəfərin isə itkin düşdüyü bildirilir. 800 mindən çox insan təhlükəli bölgələrdən təxliyə olunub.

Bu barədə əyalət rəhbərliyinin məlumatında qeyd olunub.

“16 iyul saat 16:00-dan 24 iyuladək uzun müddət davam edən leysan yağışları səbəbindən 9,3 milyon nəfər fəlakət bölgəsində qalıb, ölənlərin sayı 58 nəfərə çatıb, 5 nəfər itkin düşüb, əyalət daxilində 814, 9 min nəfər artıq təxliyə olunub”, – məlumatda belə deyilir.

İstinadlar Report