Çində yen növ koronavirusun ocağı olan Uhan şəhərinin 8-ci xəstəxanasının baş həkimi Vanq Pinq bu xəstəliyə yoluxub.

Xəstəxana rəhbəri şəhərin “Jinintanq” xəstəxanasının intensiv müalicə bölməsinə yerləşdirilib, onun üçün qan plazmasının tapıldığı bildirilir.

Qeyd edək ki, ölkənin Milli Səhiyyə Komissiyası ağır vəziyyətdə olan yoluxanların müalicəsi üçün koronavirusdan sağalanların qan plazmasını köçürtməyi tövsiyə etmişdi.

Xatırladaq ki, bundan əvvəl Uhan şəhərinin Vuçan dairə xəstəxanasının baş həkimi, 52 yaşlı Liu Jiminq koronavirusdan dünyasını dəyişmişdi.

İstinadlar Report