Çinin şimalındakı Daxili Monqol Muxtar Vilayətinin Bayan-Nur şəhərinin yerli hakimiyyət orqanları vəba xəstəliyindən daha bir ölümün baş verdiyini bildiriblər.

Bu barədə Regional Gigiyena və Səhiyyə məsələləri Komitəsi bildirib.

Bəyanatda bildirilir ki, şəhərdə 2020-ci ilin sonuna kimi epidemiologiya təhlükəsinə yüksəldilmiş (3-cü) reaksiya səviyyəsi tətbiq edilib.

Avqustun 6-da Daxili Monqolustan administrasiyası Baotou şəhərində bir insanın bağırsaq taunu formasından ölümü haqqında məlumat verib. Xəstəliyin yayılmasının qarşısını almaq üçün həkimlər yoluxmuş şəxslə əlaqədə olmuş onlarla sakini təcrid ediblər.

İstinadlar Report