Çində son sutka ərzində 6 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. Bu barədə “worldometers-info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 89 877-yə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 84 997 xəstə sağalıb.

Ölkədə 244 aktiv koronavirus xəstəsi var ki, onlardan da 8-nin vəziyyəti ağır qiymətləndirilir.

İstinadlar Qafqazinfo