Oktyabrın sonuna olan məlumata görə, Çində 700 mindən çox “5G” baza stansiyası istismara verilib, 180 milyondan çox terminal qurğu isə beşinci nəsil mobil şəbəkələrinə qoşulub.

Bu barədə Çinin Sənaye və İnformasiya Texnologiyaları nazirinin müavini Lyu Lehun Quancjouda keçirilən “5G” Ümumdünya Konfransında məlumat verib.

Onun sözlərinə görə, ölkədə “5G” texnologiyasının real iqtisadiyyatla inteqrasiyasının sürətlənməsi və terminalların sayının artırılması tendensiyası müşahidə olunur. Bu texnologiya “ağıllı” istehsal, səhiyyə, energetika, kənd təsərrüfatı sektoru və başqa sahələrdə tətbiq edilir.

Emil Hüseynov

İstinadlar ict news