Britaniya Krallığında Alfi Radli adlı bir sənətkar cinayətkarların istifadə etdiyi 100 min bıçağı toplayaraq sənət əsəri hazırlayıb.

O, İngiltərə və Uelsdə öncəki illərdə törədilən cinayətlərdə istifadə edilən bıçaqları polislərdən toplayıb.

8 metrlik nəhəng dəmir heykəlin hazırlanmasına 2 il sərf olunub.

Alfi Radli bu heykəli hazırlamaqla cinayət qurbanlarını anmaq və cinayətkarlığın qarşısına keçmək istədiyini bildirib. Bəzi bıçaqların üstündə ölənlərin adları da yazılıb.

“Bıçaq mələk” adlanan heykəl məşhur “Trafalqar meydanı”nda sərgilənir.

İstinadlar Qafqazinfo