Çin ordusu orta məsafədə hədəflərin məhv edilməsi üzrə raket əleyhinə müdafiə sistemini uğurla sınaqdan keçirib.

Bu barədə Çin Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Söhbət yerüstü raket əleyhinə müdafiə sistemlərindən gedir. Sınaqlar zamanı qarşıya qoyulmuş hədəflər yerinə yetirilib. Bu sınaqlar müdafiə xarakterlidir və heç bir dövlətə qarşı yönəlməyib”, – məlumatda bildirilir.

İstinadlar Report