Çin Hindistan ilə Pakistanı münaqişənin sülh yolu ilə nizamlanmasına qayıtmağa və vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb.

Bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) nümayəndəsinin bəyanatında qeyd olunub.

O bildirib ki, Pekin bu məsələdə konstruktiv rol oynamağa hazırdır:

“Biz həm Hindistanı, həm də Pakistanı sülh və sabitliyi ön plana çıxarmağa, sakitliyi və təmkini qorumağa, gərginliyin daha da artmasına səbəb olacaq addımlardan çəkinməyə təkidlə çağırırıq”.

Çin tərəfinin fikrincə, “bu, Hindistan və Pakistanın əsas maraqlarına cavab verir, regional sülh və sabitliyə töhfə verir, həmçinin beynəlxalq ictimaiyyətin ümumi gözləntisidir”.

Hindistan və Pakistan arasında münasibətlər aprel ayının sonunda gərginləşib. Mayın 10-na keçən gecə Hindistan Pakistanın aviabazalarına bir neçə raket zərbəsi endirib.

İstinadlar Report