“ABŞ Əfqanıstanın bərpasının məsuliyyətinin üzərinə götürməlidir”.

Bunu Çinin xarici işlər naziri Van İ tacikistanın paytaxtı Düşənbədə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti çərçivəsində Rusiya, İran və Pakistan XİN başçılarının görüşündə bildirib.

“Dörd dövlət (Çin, Rusiya, İran və Pakistan-red.) başqa dövlətlərlə birlikdə ABŞ-ı dərs almağa təşviq etməlidir. ABŞ Əfqanıstanın bərpasına görə məsuliyyət daşımalı, ona iqtisadi və humanitar yardım göstərməlidir”, – Çinin XİN başçısı deyib.

İstinadlar Report