Tailand Kral Hərbi Hava Qüvvələrinin Udorn bazasında Tailand və Çin Hərbi Hava Qüvvələrinin “Şahin zərbəsi 2022” kod adlı birgə təlimləri başlayıb.

Bu barədə “China.org.cn” məlumat yayıb.

Təlimlərdə Çin tərəfində qırıcı, qırıcı-bombardmançı və erkən xəbərdarlıq radar (AWACS) təyyarələri, Tailand tərəfindən isə qırıcı və erkən xəbərdarlıq radar təyyarələri iştirak edir.

Manevrlər zamanı hava dəstəyi, yer hədəflərinə zərbələr endirilməsi, kiçik və irimiqyaslı qoşunların yeridilməsi məşq ediləcək.

İstinadlar Report