
Yanvar-mart aylarında Çin – ABŞ ticarətinin həcmi illik hesablamada 2,9 % artaraq 154,58 milyard dollara çatıb.
Bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi (BGİ) məlumat yayıb.
Birinci rübdə Çin ABŞ-yə ixracını 4,5 % artıraraq 115,61 milyard dollara çatdırıb. Birləşmiş Ştatlardan idxal göstəricisi isə 1,4 % azalaraq 38,97 milyard dollar təşkil edib.