Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyinin rəhbəri Van Syaoxunq Vyanada ABŞ-ın daxili təhlükəsizlik naziri Alexandro Mayorkas ilə görüşdə amerikalı həmkarlarını Çin vətəndaşlarının hüquq və ləyaqətinə hörməti təmin etməyə, Pekini amerikalılar üçün əsas narkotik mənbələri siyahısına daxil etməkdən imtinaya çağırıb.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Çinli nazir Alexandro Mayorkasa bildirib ki, rəsmi Vaşinqton Çin vətəndaşları üçün ədalətli giriş şərtlərini təmin etməli, çinli tələbələrin əsassız təqiblərini dayandırmalı, ABŞ-da Çin diplomatik və konsulluq qurumlarının və işçilərinin təhlükəsizliyini təmin etmək üçün təsirli tədbirlər görməli və bir sıra Çin qurumların işçiləri üçün viza məhdudiyyətlərini aradan qaldırmalıdır.

2023-cü ilin noyabrında San-Fransisko dövlət başçılarının görüşündə narkotiklərə nəzarət və hüquq-mühafizə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün əldə edilmiş konsensusun həyata keçirilməsi üçün hər iki tərəf səmimi, dərin və konstruktiv danışıqlar aparıb.

İstinadlar Report