Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Rayonu ucuz elektrik enerjisinə görə mayninq üçün cəlbedicidir. Ancaq bu, region hakimiyyətinin xoşuna gəlmir. Onlar kriptovalyutanın əldə edilməsi prosesini (mayninq) qadağan etməyi planlaşdırırlar.

Hazırda dünyada bitkoin mayninqinin 8%-i Daxili Monqolustanın payına düşür. Lakin region hakimiyyəti 2021-ci ilin sonunadək daxili enerji istehlakının təxminən 1,9% azaldılmasını nəzərdə tutur.

Məlumata görə, ehtimal ki, Daxili Monqolustanın hakimiyyəti metaləritmə kimi daha ənənəvi sahələrə üstünlük verir.

“CoinMarketCap” nəşrinin məlumatına görə, hazırda bitkoin 47782 dollara satılır.

Emil Hüseynov

İstinadlar ict news