Çin ordusunun ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin Tayvana səfərindən sonra başlayan hərbi təlimləri başa çatıb.

Bu barədə Çinin Şərq Teatr Komandanlığının sözçüsü Şi Yi bildirib.

Onun sözlərinə görə, ötən həftə başlayan təlimlərdə Çin bütün tapşırıqları uğurla yerinə yetirib.

Eyni zamanda, Çin Xalq Azadlıq Ordusu Tayvan boğazında mütəmadi olaraq patrul xidməti təşkil etməyi planlaşdırır. Şi Yi deyib ki, Çinin hərəkətləri Tayvanla şərti demarkasiya xətti ətrafındakı vəziyyətə əsaslanacaq.

İstinadlar Report