Çin Xalq Azadlıq Ordusu (ÇXAO) Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təlimləri zamanı Tayvan bölgəsində 68 döyüş uçuşu həyata keçirilib, adanın ətrafındakı ərazilərdə Hərbi Dəniz Qüvvələrinin 13 gəmisi patrul xidməti həyata keçirib.

Bu barədə Çin mediası Tayvanın hərbi idarəsinin məlumatlarına istinadən məlumat yayıb.

Eyni zamanda qurumun saytındakı məlumatda gəmilərin və təyyarələrin Tayvan boğazının “orta xətti” adlandırılan hissəsini bir neçə dəfə keçdiyi qeyd olunur. Bu xətt Tayvan ordusu tərəfindən ada ilə ölkənin materik hissəsi arasındakı sərhəd hesab edilir. Sərhəd rəsmi Pekin tərəfindən tanınmır, o, 1954-cü ildə ABŞ-ın dəstəyi ilə şərti olaraq müəyyən edilib.

İstinadlar Report