Çinin “Shenzhen Hasee Computer Co.” şirkəti Azərbaycanda noutbukların istehsalını lokallaşdıra bilər.

Bu barədə Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı çərçivəsində AZPROMO və Çinin “Shenzhen Hasee Computer Co.” kompüter texnologiyaları şirkəti arasında keçirilən görüşdə fikir mübadiləsi aparılıb.

Bildirilib ki, bazara inteqrasiya üzrə strategiya ilə bağlı məlumatların təqdim olunmasına və danışıqların davam etdirilməsinə dair razılıq əldə olunub.

İstinadlar Report