Çinin Böyük Britaniyada yeni təyin olunmuş səfiri Jenq Zequanq bu ölkənin parlamentinə daxil olmaq hüququndan məhrum edilib.

Belə bir qərar Çinin Britaniya millət vəkillərinə qarşı sanksiyalarına cavab olaraq verilib.

İcmalar palatasının sədri Lindsay Hoyl sanksiyalar ləğv edilməyincə bu qadağanın qüvvədə qalacağını açıqlayıb. Lordlar palatasının sədri Con Makfell isə qeyd edib ki, həmin qadağa heç də Çin səfirilə birgə tədbirlərdən imtina etmək mənasına gəlmir, sadəcə belə tədbirlər başqa yerlərdə keçiriləcək.

İstinadlar Report