Çin Xalq Respublikasının sədri Si Cinpini tənqid edən milyader sahibkar Jen Çjisyan korrupsiya və ictimai fondun vəsaitini mənimsəməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.

Iş adamı bu ilin əvvəlində S.Cinpini və höküməti koronavirus epidemiyasının qarşısını ala bilməməkdə günahlandırıb.   

Bildirilib ki, daşınmaz əmlak sahəsi ilə məşğul və hakim dairələrlə çox sıx əlaqəsi olan milyader bu ilin martında “yoxa” çıxmışdı. Bir müddət sonra onun korrupsiyada ittiham edildiyi məlum olub.

Jen Çjisyan ictimai fonddan 16 mln. ABŞ dolları mənimsəməkdə, cəmiyyətin etimadından sui-istifadə etməkdə təqsirli bilinib. Ona 620 000 ABŞ dolları məbləğində cərimə cəzası da kəsilib. 

İstinadlar Report