Çin ərazisində, Qazaxıstanla sərhəddə 4,6 maqnitudalı zəlzələ baş verib.

Yeraltı təkanlar Fövqəladə Hallar Nazirliyinin seysmik stansiyalar şəbəkəsi tərəfindən Astana vaxtı ilə saat 06:30-da qeydə alınıb.

Zəlzələnin enerji sinfi 10,6-dır.

Məlumata görə, yeraltı təkanların ocağı Qazaxıstan ərazisində, Almatıdan 508 kilometr şimal-şərqdə yerləşib.

İstinadlar Report