Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın 28 vətəndaşına, o cümlədən keçmiş Dövlət Katibi Maykl Pompeoya qarşı sanksiyalar tətbiq edib.

Müvafiq bəyanat Çin XİN-in saytında yerləşdirilib.

“Çin Çinin suverenliyini ciddi şəkildə pozan və ABŞ-ın Çinlə bağlı məsələlərdə atdığı bu cür addımlara görə məsuliyyət daşıyan 28 nəfərə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib”, – bəyanatda deyilir.

Siyahıda, həmçinin Ağ Ev yanında ticarət üzrə milli şuranın rəhbəri vəzifəsini tutan Piter Navarro, Prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert O’Brayen və ABŞ-ın BMT yanında daimi nümayəndəsi Kelli Kraft yer alıb.

İstinadlar Qafqazinfo