Çində Aya və uzaq kosmosa uçuşlar üçün yeni nəsil kosmik gəmi hazırlanır.

Məlumata görə, kosmik gəmi iki moduldan ibarətdir: ekipaj üçün çoxdəfəli istifadə modulu və gəminin hərəkətini, eləcə də ekipaj bölməsinin həyat təminatı sistemlərini dəstəkləyən xidməti modul.

Raketin uzunluğu 9 metr, uçuş zamanı maksimal çəkisi 20 ton təşkil edir.

Gəminin modullu dizaynla təchiz edilməsi yerinə yetirilən missiyadan asılı olaraq onun konstruksiyasını dəyişməyə imkan verir.

Hazırda adı naməlum olan yeni kosmik gəminin ilk sınaq uçuşunun 2020-ci ilin birinci yarısında keçirilməsi planlaşdırılır.

İstinadlar ict news