Çin Xalq Azadlıq Ordusu “Sülh – 2025” çoxtərəfli hərbi təlimlərində iştirak etmək üçün Pakistana iki gəmi göndərəcək.

Bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi idarənin “WeChat” sosial şəbəkəsindəki səhifəsində qeyd edilib ki, Pakistan Silahlı Qüvvələrinin dəvətinə cavab olaraq Pekin fevralın birinci yarısında “Baotou” esminesini və “Qaoyuhu” gəmisini göndərəcək. Qarşıdakı manevrlərə dəniz təchizatı və piratlarla mübarizə kimi əməliyyatlar daxil olacaq.

İstinadlar Report