Çin Xalq Respublikasının Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir və öz ölkələrinin suverenliyini qətiyyətlə müdafiə edəcək, Cənubi Çin dənizində sülh və sabitliyi təmin edəcək.

Bu barədə Huanyan rifi ərazisində Filippin təyyarəsi ilə son insidenti şərh edən Çin Xalq Azadlıq Ordusunun Cənub Bölgəsi Döyüş Komandanlığı məlumat yayıb.

Avqustun 8-də Filippin Hərbi Hava Qüvvələrinə məxsus NC-212 təyyarəsi Çin tərəfinin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Cənubi Çin dənizindəki Huanyan rifinin hava məkanına qanunsuz daxil olub. Beləliklə, ÇXR tərəfindən müntəzəm olaraq keçirilən təlimlərə müdaxilə yaradılıb.

“Filippin tərəfinin hərəkətlərinə cavab olaraq, Çin ordusu obyekti müəyyən etmək və onun hərəkətini izləmək üçün hava və dəniz qüvvələrini səfərbər edib.

İstinadlar Report