Çin ilk dəfə süni intellekt sahəsində patentlər üzrə lider olub. Bu haqda Çin Kiberməkan Tədqiqatları Akademiyası direktorunun müavini Li Yuysyao “WIC” (World Internet Conference) konfransında deyib.

Onun məlumatına görə, 2019-cu ildə Çin şirkətləri və ixtiraçıları süni intellekt texnologiyaları ilə bağlı patentlərin qeydiyyatı üçün 110 mindən çox müraciət təqdim ediblər. Əvvəlki illərdə bu istiqamətdə liderliyi ABŞ qoruyub saxlayırdı. 2019-cu ildə süni intellekt texnologiyaları ilə bağlı patentlər üçün ABŞ-dan edilmiş müraciətlərin sayı açıqlanmır.

“Çin informasiya texnologiyaları sahəsində öz müstəqilliyini və texnologiya imkanlarını gücləndirir” – Li Yuysyao deyib.

“iiMedia” şirkətinin mütəxəssislərinin qiymətləndirməsinə görə, Çində süni intellekt texnologiyaları ən çox videomüşahidə, maliyyə sektoru, marketinq və nəqliyyat sahələrində istifadə olunur.

Emil Hüseynov

İstinadlar ict news