Çin tarixdə ilk dəfə olaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatına verilmiş beynəlxalq patent müraciətlərinin sayına görə lider olub. 2019-cu ilin nəticəsinə görə, çinlilər sözügedən quruma 58990 dəfə, 40 ildən çox müddətdə birinciliyi qoruyub saxlayan amerikalılar isə 57840 dəfə müraciət ediblər.

1978-ci ildə Beynəlxalq Patent Kooperasiyası haqqında beynəlxalq müqavilə qüvvəyə mindiyi andan ABŞ hər il innovasiyaların səviyyəsinə görə digər dövlətləri qabaqlayırdı. Ancaq son 20 ildə Çindən edilmiş müraciətlərin sayı 200 dəfə yüksəlib. Dünyada ən böyük telekommunikasiya avadanlığı istehsalçısı olan “Huawei” şirkəti əsas patent müraciətçisidir.

Belə hesab edilir ki, əqli mülkiyyət üçün hüquqların qeydiyyat sayı dövlətin innovativliyini, iqtisadi gücünü əks etdirə bilər. 2019-cu ildə patent müraciətlərinin 52,4%-i Asiyanın payına düşüb. Üçüncü yerdə Yaponiya, dördüncü və beşinci yerlərdə isə müvafiq olaraq Almaniya və Cənubi Koreya qərarlaşıb.

Emil Hüseynov

İstinadlar ict news