Çin Prezidenti Si Cinpin digər ölkələrə ilin sonuna qədər 2 milyard doz COVID-19 peyvəndi verməyi planlaşdırdığını bəyan edib.

Bu barədə o, BMT Baş Assambleyasının 76-cı sessiyasında danışıb.

O qeyd edib ki, Çin bu il inkişaf etməkdə olan ölkələrə 100 milyon doz peyvənd ayıracaq.

Bundan əvvəl Si Çinpin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə söhbətində Çinin respublikaya yeni növ koronavirusa qarşı lazımi həcmdə vaksin verməyə hazır olduğunu təsdiqləyib.

İstinadlar Report