Çin Tayvanla bağlı məsələlərə əcnəbi qüvvələrin müdaxiləsinə biganə qalmayacaq və birgə edilən əməllərə daha təsirli cavab verəcək.

Bu barədə Çin hökumətinin Tayvan İşləri Ofisinin sözçüsü Ma Siaoquanq mətbuat konfransında bildirib.

Ötən gün Tayvan hökuməti aralarında qırıcı və nüvə silahı daşıya bilən bombardmançıların da olduğu 28 Çin hərbi təyyarəsinin adanın hava məkanına daxil olduğunu açıqlamışdı.

Regiondakı gərginliyin məsuliyyətini Tayvan hökumətinin üzərinə qoyan Çin rəsmisi Tayvan tərəfinin müstəqilliyini tanıtdırmaq üçün xarici ölkələrlə iş apardığı qənaətində olduqlarını qeyd edib.

İstinadlar Report