Çin Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Cənubi Çin dənizində ABŞ destroyerinə 150 metrdən az yaxınlaşıb.

Çin dənizçilərinin bu cür hərəkətləri az qala toqquşmaya səbəb olub.

İnsident Tayvan boğazında ABŞ-Kanada birgə missiyası zamanı baş verib.

Hadisəyə cavab olaraq ABŞ-nin Hind-Sakit Okean Komandanlığı bəyanat yayaraq, Çin gəmisinin hərəkətlərinin beynəlxalq sularda təhlükəsiz hərəkət qaydalarını pozduğunu bildirib.

İstinadlar Report