Çin dəniz polisinin katerləri Yaponiyaya məxsus balıqçı gəmisini Diaoyu (Senkaku) adaları sahillərindən sıxışdıraraq çıxarıb.
“Yaponiyanın “Tsurumaru” balıqçı gəmisi Diaoyu adalarının ərazi sularına qanunsuz daxil olub. Çinin sahil mühafizə gəmiləri zəruri nəzarət tədbirləri görüb və qanunvericiliyə uyğun olaraq gəminin uzaqlaşdırılması ilə bağlı xəbərdarlıq edib”, – idarədən bildirilib.
Qeyd olunub ki, Diaoyu adaları ÇXR-in ayrılmaz ərazisi hesab olunur. İdarə Yaponiyanı həmin sularda bütün qeyri-qanuni fəaliyyətini dərhal dayandırmağa çağırıb.