Çin hökuməti daşqından zərər çəkmiş bölgələrə dəstək vermək üçün mərkəzi büdcədən 465 milyon yuan (indiki məzənnə ilə təxminən 65 ABŞ milyon dollarI) ayırıb.
Bu barədə Çin Xalq Respublikasının Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, vəsait Lyaonin, Szilin və Heylunszyan (ölkənin şimal-şərqi), həmçinin Şensi (şimal-qərb), Hunan (Mərkəzi Çin), Sıçuan əyalətlərində təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına yönəldiləcək.
Vəsait hesabına zərər çəkmiş ərzilərin abadlaşdırılmasını təmin etmək, normal istehsal fəaliyyətini və həyat tərzini bərpa etmək nəzərdə tutulur.