Çin bu ay BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik edəcək.
Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq BMT-nin qərargahında ay ərzində Təhlükəsizlik Şurasının gündəliyinə dair mətbuat konfransı keçirib.
Fu Konq bildirib ki, Çinin xarici işlər nazirinin iştirakı ilə TŞ-da yüksəksəviyyəli açıq iclas keçiriləcək. İclasda çoxtərəfliliyin tətbiqi, qlobal idarəçilik islahatları və onun təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq. O vurğulayıb ki, bu iclas Çinin çoxtərəfliliyə sadiqliyini bir daha təsdiqləmək üçün vacibdir:
“Hamımız bilirik ki, bu il BMT-nin yaradılmasının 80 illiyi qeyd olunur. Əgər BMT-nin 80 illik tarixi bizə nəyisə öyrədibsə, o da beynəlxalq sülh və sabitliyin çoxtərəfliliyin ən yaxşı təminatı olmasıdır. Müasir dövrdə ölkələrin BMT Nizamnaməsi və beynəlxalq hüquqa əsaslanan sülh yolu ilə münaqişələrin həllinə sadiqliyini təsdiqləməsi vacibdir. Biz Təhlükəsizlik Şurasının rolunu gücləndirməli və üzv ölkələrin çoxtərəfliliyə, eləcə də BMT-nin qlobal proseslərdəki roluna sadiqliyini bir daha vurğulamalıyıq”.