Çin BMT Baş Assambleyasının tribunasından Tayvanla bağlı mövqeyini yenidən sərt şəkildə bildirib.

Çinin xarici işlər naziri Vanq Yi deyib ki, Tayvanı birləşdırmək siyasətinin qarşısına çıxan hər kəs “tarixin çarxları altında əziləcək”.

“Yalnız Çin tam şəkildə birləşdikdə Tayvan boğazında real sülh əldə edilə bilər”, – Vanq Yi qeyd edib.

Çinli nazir vurğulayıb ki, Pekin xarici müdaxiləyə qarşı durmaq üçün ən qəti addımlar atacaq.

İstinadlar Report