Azərbaycan Çinlə Azad Ticarət Sazişinə qoşularsa, bunun ikitərəfli ticarətə, eləcə də investisiya əməkdaşlığına əhəmiyyətli təkan verəcək.

Bunu Bakıda keçirilən “Ticarət və İxracat Forumu”nda (TEF-2022) Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi deyib.

O bildirib ki, bundan əlavə, bu ildən Çin CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı) çərçivəsində üzv ölkələrin müvafiq qurumları üçün elektron ticarət, Azad Ticarət Sazişi və digər əlaqəli sahələr üzrə təlimlər təşkil edib: “Azərbaycandan da müvafiq təşkilatlar təlimə iştirakçılar göndərib”.

Müşavir Çinin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Azərbaycanla əməkdaşlığına toxunaraq qeyd edib ki, ŞƏT-ə gəlincə, Azərbaycan hazırda qurumda müşahidəçi qismində çıxış edir.

İstinadlar Report