
Çin Xalq Respublikası Azərbaycanı azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində dəstəkləyir.
Bunu Çinin səfiri Lu Mey bu gün keçirilən mətbuat konfransında bildirib.
“Çin Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və minadan zərər çəkənlərə yardım göstərilməsi məqsədilə öz imkanları çərçivəsində humanitar yardım göstərməyə davam edir”, – deyə səfir bildirib.