
Çin altı “Shiyan-27” peykini uğurla orbitə çıxarıb.
Bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.
Buraxılış Pekin vaxtı ilə saat 06:51-də (Bakı vaxtı ilə 02:51) Tayyuan kosmodromundan (Şansi əyalətinin şimalı) “CZ-6A” ilə həyata keçirilib. Bu, “Çançjen” seriyalı raketin 570-ci buraxılışıdır.
Orbitə buraxılan kosmik gəmi ilk növbədə kosmik mühitin öyrənilməsi və müvafiq texnoloji təcrübələrin aparılması üçün istifadə olunacaq. Modifikasiya edilmiş iki mərhələli “CZ-6A” 50 m uzunluğundadır və ekoloji cəhətdən təmiz yanacaqla – kerosin və maye oksigen qarışığı ilə işləyir.