Pekin pozulmaların qarşısını almaq, daha böyük konsensusa nail olmaq, iki dövlətin əsas maraqlarına aid məsələlərdə bir-birini başa düşmək və dəstəkləmək üçün Berlinlə əməkdaşlığa hazırdır.

Bunu Çinin xarici işlər naziri Vanq Yi Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdə deyib.

Vanq Yi bildirib ki, ÇXR və Almaniya arasında fundamental maraqların toqquşması yoxdur və onların əlaqələri daim möhkəmlənir və genişlənir.

İstinadlar Report