Çin istehsalçıları dronların yaradılması üçün vacib hissələrin ABŞ və Avropaya satışını məhdudlaşdırmağa başlayıblar.
Çində pilotsuz uçuş aparatlarının mühərrikləri, batareyaları və onların uçuş idarəetmə sistemləri istehsalçıları tədarük olunan hissələrin sayını azaldıb və ya təchizatını tamamilə dayandırıblar.
Mənbələr qeyd ediblər ki, bu, pilotsuz təyyarələrin hissələrinin ixracına dair daha geniş məhdudiyyətlərin müqəddiməsidir. Qərb rəsmiləri onların gələn ildən qüvvəyə minəcəyini gözləyirlər.