Çin hökuməti ABŞ-ın Tayvana nəzərdə tutduğu 750 milyon dollar məbləğində silah və hərbi texnika satışı ilə bağlı cavab tədbirləri görəcək.

Çinin Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasında ABŞ-ın bu addımı onların “daxili işlərinə kobud müdaxilə” olaraq dəyərləndirib.

Belə ki, ABŞ Dövlət Departamenti ötən gün Tayvana 40 ədəd yeriyən hava topu və onlar üçün sursat satışını təsdiqlədikləri barədə Konqresə bildiriş göndərib. Bununla bağlı rəsmi Pekin Vaşinqtona qəti etirazını bildirib.

İstinadlar Report