
“Vaşinqton öz kursunu dəyişməsə, Çin Amerika administrasiyasının tətbiq etdiyi məhdudiyyətlərə simmetrik cavab verməyə hazırdır”.
Bunu “TASS”a Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Lyu Penyuy ABŞ-ın insan hüquqlarının müdafiəsi iddiası ilə bağlı bəzi Çin rəsmilərinə tətbiq etdiyi viza məhdudiyyətini şərh edərkən deyib.
Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin elan etdiyi məhdudlaşdırıcı tədbirlər beynəlxalq hüququn və münasibətlərin tənzimlənməsi üçün əsas normaların kobud şəkildə pozulmasıdır.