Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb. Bu barədə Çinin Aerokosmik Elm və Texnika korporasiyası (CASC) məlumat verib.

Məlumata görə, peyklərin buraxılması yerli vaxtla saat 05:07-də Siçuanın cənub-qərb əyalətindəki kosmodromdan “Çançjen-2D” (CZ-2D) raketdaşıyıcısının köməyi ilə reallaşdırılıb.

Bildirək ki, Çin meteoroloji, telekommunikasiya və naviqasiya peykləri, həmçinin Ayın öyrənilməsi üçün texnologiyalar hazırlayaraq milli kosmik proqramı aktiv şəkildə inkişaf etdirir. Bundan başqa, Çin alimləri asteroid və Mars planetinin öyrənilməsi üçün layihə reallaşdırırlar.

Emil Hüseynov

İstinadlar ict news