Güclü zəlzələdən sonra yarana biləcək sunami təhlükəsi ilə bağlı Çilinin Antarktika Bölgəsində yerləşən bazalardan 160-dan çox insan təxliyə edilib.

Bu barədə məlumat Çilinin Milli Fövqəladə Hallar İdarəsinin tvitter səhifəsində yer alıb.

Qeyd olunub ki, 7 bal gücündə zəlzələdən sonra Frey bazasından 80, O’Hiqqins bazasından 40, Fildes bazasından 10, Prat bazasından 31 nəfər təxliyə olunub.

İstinadlar Report