Çilinin cənubunda kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində pilot və altı sərnişin ölüb.

Bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.

“Saat 15:00-da (Bakı vaxtı ilə saat 22:00-da) Vilya-Cerro-Kastillo yaşayış məntəqəsinin yaxınlığında yerləşən Los-Orketas sektorunda “Transportes Aereos San Rafael” şirkətinin səhər saatlarında əlaqəsinin kəsildiyi “Piper Navajo” təyyarəsini tapmaq mümkün olub. Bu kədərli hadisə nəticəsində pilot və altı sərnişin ölüb”, – xəbərdə deyilir.

İstinadlar Report