
Çilidə ən azı 23 nəfər meşə yanğınlarının qurbanı olub.
Bu barədə “The Guardian” məlumat yayıb.
Təbii fəlakətlə əlaqədar bir neçə bölgədə fövqəladə vəziyyət elan edilib. Yanğın Nyubl, Bio-Bio və Araucania ərazilərinə qədər uzanır.
Hava şəraitinin qeyri-sabit keçməsi ilə bağlı yanğını söndürmək çətinləşib.