Çilinin mərkəzində 6,2 maqnitudalı zəlzələ olub.
Bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Qurumun verilənlərinə əsasən, yeraltı təkanların episentri əhali sayı 102 min olan Kuriko şəhərindən 75 km cənub-şərqdə yerləşib. Təbiət hadisəsinin ocağı 100 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.